Pleyeri seçin:

İran və ABŞ-nin növbəti görüşü harada baş tutacaq? | “Bu danışıqlar faydasızdır...”

14 aprel 2025 768 baxış

ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı danışıqların növbəti raundu İtaliyanın paytaxtı Romada keçirilə bilər.

Bu barədə "Axios" mənbələrə istinadən məlumat verib.

Bildirilir ki, ABŞ və İran rəsmilərinin görüşü şəxsi formatda keçirilə, Oman vasitəçiləri də görüşdə iştirak edə bilərlər.

İran Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların formatının dəyişdirilməsini istisna edir. Görüşlər yalnız vasitəçilərlə davam edəcək.

Bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

"Tərəflərdən birinin təhdidlərə əl atmağa davam etdiyi bir şəraitdə birbaşa danışıqlar faydasız və səmərəsizdir. Ona görə də biz əvvəllər seçilmiş formatdan istifadə etməyə davam edəcəyik", − deyə o, mətbuat konfransı zamanı bildirib.

Tehran ABŞ ilə danışıqların növbəti raundunun yerini yalnız Omanla məsləhətləşdikdən sonra rəsmən elan edəcək.

Xarici mediada yayılan digər informasiyada isə deyilir ki, ikinci görüşdən əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana gedəcək. Onun ölkədəki nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İkinci tur aprelin 19-da keçiriləcək.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 768 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 768 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 768 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 768 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 768 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 768 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 768 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 768 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 768 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 768 baxış
Seçilmişlər
icon