İranın müdafiə naziri və SEPAH rəhbəri ilə bağlı sarsıdıcı xəbər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın müdafiə naziri Əziz Nəsirzadə və SEPAH-ın rəisi Məhəmməd Pakpur İsrailin hücumları nəticəsində öldürülüb.
Bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Bu arada ABŞ və İsrailin İrana qarşı davam edən hücumları və Tehranın cavab tədbirləri fonunda bəzi böyük neft şirkətləri Hörmüz boğazı vasitəsilə xam neft və yanacaq daşımalarını dayandırıb.
Qeyd olunur ki, Ərəbistan yarımadası ilə İran arasında yerləşən Hörmüz boğazından hər gün təxminən 20 milyon barel xam neft və digər yanacaq növləri daşınır. Tədarükdə fasilənin yaranması enerji bazarında ciddi qlobal pozuntulara səbəb ola bilər.
İran Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına növbəti raket hücumları həyata keçirib.
BBC-nin verdiyi xəbərə görə, zərbələr bir neçə hərbi obyekt istiqamətində endirilib. Hücumların nəticələri və mümkün itkilər barədə hələlik dəqiq məlumat yoxdur.
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-İsrail-İran münaqişəsində vasitəçilik üçün zəruri dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.
Bu barədə Nazirliyin bəyanatında bildirilib.
“Tərəfləri hücumlara ən qısa zamanda son verməyə çağırırıq. Bölgəmizdəki məsələlərin sülh yolu ilə həll edilməsinin vacibliyini bir daha vurğulayırıq”, – deyə bəyanatda qeyd olunub.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
