İraq da müharibəyə qoşulur? - "İsrail İranı vurmağa hazırlaşır!"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İsrailin İrana qarşı təzyiqlərinin artması fonunda Tehrana bağlı İraqdakı şiə milisləri regional qarşıdurmaların mərkəzində yer alır.
Bu barədə Ərəb-İran Siyasət Forumunun təhlilində bildirilib.
Qeyd olunur ki, İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqda təşkil olunan milislərə İsrail tərəfindən cavab zərbəsi endirilməsi halında regional müharibə qaçılmaz olacaq.
İsrail Suriyadan sonra İraqda da qarşıdurmaları Türkiyə sərhədinə qədər daşıyaraq xaos yarada bilər:
“ABŞ və İran arasında danışıqlar davam edərkən, İsraildən yayılan xəbərlər Təl-Əviv rəhbərliyinin yaxın zamanda Tehranın nüvə obyektlərinə qarşı hərbi əməliyyata başlaya biləcəyini göstərir. İsraillə İran arasında qarşıdurma ehtimalı hər keçən gün artır, diplomatik arenada isə İranın nüvə proqramını tamamilə dayandırmasının mümkün olmadığı müzakirə olunur. ABŞ Prezidenti Donald Tramp da son günlərdə İranın nüvə proqramını dayandırmaqdan imtina etməsi halında İsrailin hərbi müdaxiləsinin qaçılmaz olduğunu açıqlamışdı. Lakin İsrail-ABŞ-nin İrana müdaxiləsindən öncə hədəfə alınan başqa bir güc də var.
İranın son 11 ildə dəstək verdiyi iraqlı şiə yarımhərbi qüvvə – Xalq Səfərbərlik Gücləri İraqı da müharibə tənliyinə daxil edə bilər.
Bu mövzu ilə bağlı ilk təhlil Vaşinqton İnstitutunda dərc olunub. Təhlildə Xalq Səfərbərlik Güclərinin ABŞ tərəfindən “terrorçu təşkilat” kimi tanındığı qeyd olunur və Bağdadın bu qurumun “daimi təhlükəsizlik qüvvəsi” kimi tanınacağı hüquqi bir çərçivə hazırlığında olduğu bildirilir.
Analizdə qeyd olunur ki, bu qanunun qəbul olunması halında İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bərabər bir güc İraqın təhlükəsizlik sektorunun mərkəzinə yerləşəcək.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
