İspaniyadan vətəndaşlarına təcili çağırış | Hansı ölkələr işıqsız qaldı?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa, İspaniya və Portuqaliyada elektrik enerjisinin verilişində ciddi problem yaranıb.
Bu hadisədən sonra Madrid və Lissabonda metroların fəaliyyəti dayandırılıb. Sözügedən şəhərlərdə hava limanlarının işinə də fasilə verilib.
İspaniya hökuməti məsələ ilə əlaqədar vətəndaşlardan zərurət olmadığı halda avtomobillərindən istifadə etməməyi xahiş edib. Hökumətin fövqəladə iclası keçirilib.
Fransada nəqliyyatın hərəkətində problemlər qeydə alınıb.
İşıqsız qalan Avropa ölkələrinin sırasında Fransa, Yunanıstan, Belçika, Niderland, İspaniya, Portuqaliya və Andorra var.
Qeyd edək ki, elektrik enerjisinin bərpası üçün tədbirlərə başlanılıb. Artıq Fransanın bir neçə bölgəsində buna nail olunub. Hadisənin səbəbi hələlik məlum deyil.
#Fransa teqi istifadə olunub
- Fransa etirazları niyə yatızdıra bilmir? | Etiraz dalğası nəyə səbəb olacaq? - Baku TV
- Minimum əməkhaqqı ətrafındakı mübahisə Fransada ümumxalq tətilinə çevrilir
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
