İsrail ABŞ-nin sözünü yerə salacaq? | Qalmaqallı xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbələr endirə bilər.
Bu barədə “Reuters“ İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələr bildirib ki, ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahuya ABŞ-nin hələlik belə bir addımı dəstəkləməyəcəyini bildirməsinə baxmayaraq, İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbələr endirəcəyini istisna etmir.
Qeyd edilib ki, son aylar ərzində İsrail Tramp administrasiyasına İranın obyektlərinə hücum üçün bir sıra variantları təklif edib.
Hücumlar yazın sonunda və yayda baş verə bilər. Mənbələrin dediyinə görə, planlara hava hücumları və komando əməliyyatları daxildir. “Şiddəti ilə fərqlənəcək hücumlar Tehranın nüvə proqramını silahlandırmaq qabiliyyətini aylar və ya bir il, hətta daha uzun müddətə gecikdirə bilər”, – deyə məlumatda bildirilir.
İranın yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən biri isə bildirib ki, Tehran İsrailin mümkün planlarından xəbərdardır və hər hansı hücum halında “İranın sərt və sarsılmaz cavabı” ilə qarşılaşacaqlar.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
