İsrail İrandakı hədəfləri vurmasa... | ABŞ-dən gözlənilməz təklif
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İrandakı müəyyən hədəflərə hücum etməkdən çəkinəcəyi təqdirdə İsrailə “təzminat paketi” təklif edib.
Bu sözləri “Kan-11” kanalının efirində israilli ekspert Amiçay Steyn deyib.
O bildirib ki, ABŞ-nin İranda konkret hədəfləri vurmaması müqabilində İsrailə “tam diplomatik müdafiə və silah paketi” təklif edilib.
İddiaya görə, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın ötən gün İsrailə səfərinin məqsədi də bunu rəsmi Təl-Əvivlə müzakirə etməkdir.
“İsrail rəsmilərinin cavabı budur: Biz ABŞ-ni dinləyirik. Amma İsrail dövlətinin vətəndaşlarını və təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edəcəyik”, – ekspert vurğulayıb.
Qeyd edək ki, ABŞ lideri Co Bayden İsrailin İranın nüvə obyektləri və neft təsisatlarına zərbə endirməməsinə çağırış edib.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
