İsrail Qəzzadakı istəyinə çatdı | Hökumətin istefa verməsinin səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstinin Baş naziri hökumətin istefasını Prezident Mahmud Abbasa təqdim edib.
Bu barədə 2019-cu ildən Fələstinin Baş naziri vəzifəsini icra edən Mohammed Ştayyeh bildirib. =
Onun sözlərinə görə, hökuməti istefa verməyə 2 amil vadar edib. Birincisi, işğal altındakı İordan çayının qərb sahilində artan zorakılıq və Qəzzaya qarşı müharibə, ikinci səbəb isə yaranmış mövcud vəziyyətlə mübarizədə hökumətin nümayiş etdirdiyi acizlikdir:
“Mən bu qənaətdəyəm ki, növbəti mərhələ və onun problemlərinin həlli Qəzzada yeni reallıqların nəzərə alınması ilə Fələstinin bütün ərazilərini əhatə edən vahid hakimiyyətə əsaslanan yeni hökumət və siyasi mexanizmlər tələb edir. Bu xalqın dayanıqlı siyasi iradə nümayiş etdirə biləcək yeni hökumətə ehtiyacı var”.
Xatırladaq ki, bir neçə gün əvvəl Qərb mediası bu hadisələrin yaşana biləcəyini ehtimal edərək Fələstin hakimiyyətini istefaya səsləyən məqalələr dərc edirdi. Hətta bəzi ekspertlər bu hadisələrin məhz ABŞ-nin təzyiqi altında reallaşdırıldığını da istisna etmirlər.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
