Pleyeri seçin:

İsraildə sensasiya yaradan “Qeysəriyyə əməliyyatı” | Yeni liderin ilk müraciəti

31 oktyabr 2024 563 baxış

“Hizbullah”ın yeni baş katibi Naim Qasım çərşənbə günü təşkilatın lideri kimi ilk televiziya müraciətini edib. Bu barədə “Yerusəlim Post” yazıb.

N.Qasım çıxışı zamanı qurumun əvvəlki lideri Həsən Nəsrullahın yolunu davam etdirmək niyyətində olduğunu elan edib.

O, İsrail Baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki evinə pilotsuz təyyarə hücumuna da toxunub:

“Netanyahu bu dəfə sağ qaldı, bəlkə də onun vaxtı hələ gəlməyib. Mənim gündəliyim bütün aspektlərdə Nəsrullahın gündəmini izləməkdir. Biz müharibə planımızı davam etdirəcəyik. Biz heç kimin adından və ya kiminsə layihəsi üçün mübarizə aparmırıq, Livan üçün mübarizə aparırıq. İran bizim layihəmizi dəstəkləyir və bizdən heç nə tələb etmir”.

N.Qasım sentyabr və oktyabr aylarında İsrailin zərbələri nəticəsində öldürülən “Hizbullah”ın keçmiş liderləri – Həsən Nəsrullah və Haşim Səfiəddini, HƏMAS-ın keçmiş rəhbəri Yəhya Sinvarı yad edib:

“Sinvar Fələstin və dünyanın azad xalqı üçün qəhrəmanlıq və müqavimət simvoludur, son nəfəsinə qədər döyüşərək həlak oldu – mətanətli, cəsur, sadiq, saleh, şərəfli və azad insan idi”.

O vurğulayıb ki, “Hizbullah” HƏMAS-a dəstəyini davam etdirəcək və İsrailin bütün bölgə üçün yaratdığı təhlükə ilə mübarizə aparacaq.

“Hizbullah” lideri ABŞ və Avropa da daxil olmaqla İsraili dəstəkləyən ölkələri tənqid edib.

Banner
"Hizbullah"ın raket istehsalı bazası vurulub

"Hizbullah"ın raket istehsalı bazası vurulub

Dünya
20 noyabr 2026 563 baxış
Berlin Ukrayna ilə bağlı razılaşmanın şərtlərini açıqladı

Berlin Ukrayna ilə bağlı razılaşmanın şərtlərini açıqladı

Dünya
20 noyabr 2026 563 baxış
Tehran raketlərin uçuş məsafəsini artırmaq imkanını açıqladı

Tehran raketlərin uçuş məsafəsini artırmaq imkanını açıqladı

Dünya
20 noyabr 2026 563 baxış
Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdi

Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdi

Dünya
20 noyabr 2026 563 baxış
Tehran Vaşinqtonun İraq ssenarisini təkrarladığını bildirir

Tehran Vaşinqtonun İraq ssenarisini təkrarladığını bildirir

Dünya
20 noyabr 2026 563 baxış
Xalq Paşinyanı dəstəkləyəcək, yoxsa...? - Ermənistanda xaotik mənzərə - Baku TV CANLI

Xalq Paşinyanı dəstəkləyəcək, yoxsa...? - Ermənistanda xaotik mənzərə - Baku TV CANLI

Dünya
20 noyabr 2026 563 baxış
Qədim qəbiristanlıqda yüzlərlə tabut aşkar edilib

Qədim qəbiristanlıqda yüzlərlə tabut aşkar edilib

Dünya
20 noyabr 2026 563 baxış
Ənənəvi mədəniyyət festivalı yüzlərlə iştirakçını bir araya gətirib

Ənənəvi mədəniyyət festivalı yüzlərlə iştirakçını bir araya gətirib

Dünya
20 noyabr 2026 563 baxış
Ağıllı texnologiyalara maraq satış göstəricilərində əksini tapıb

Ağıllı texnologiyalara maraq satış göstəricilərində əksini tapıb

Dünya
20 noyabr 2026 563 baxış
Qədim insan növünün yaşadığı ərazilər əvvəl düşünüldüyündən daha geniş ola bilər

Qədim insan növünün yaşadığı ərazilər əvvəl düşünüldüyündən daha geniş ola bilər

Dünya
20 noyabr 2026 563 baxış
Seçilmişlər
icon