İsrailin dünyanı silkələyən zərbəsi | ABŞ bu silahı verməyi dayandırsa da...
Yeniliklərdən dərhal xəbərdar olun
“Hizbullah” lideri Həsən Nəsrullahın xüsusi mühafizə, məxfilik şəraitində, hündürmərtəbəli binanın altındakı gücləndirilmiş beton bunkerdə yerləşən qərargahında hava zərbələri nəticəsində ölməsi hələ də müzakirə olunur.
İsrail “Hizbullah” rəhbərliyinin önəmli şəxslərinin iclası haqda necə məlumat əldə edib? Nəsrullahın dəqiq yerini necə müəyyən edib və qalın beton təbəqəsini necə dəqiqliklə dəlməyi bacarıb?
İsrail mediası bəzi məqamlar haqda məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Həsən Nəsrullahın yeraltı bunkerinə hər biri bir ton ağırlığında 83 bomba ilə eyni anda hücum edib.
Ehtimal edilir ki, bu, ABŞ-nin MK84 bombalarıdır və ABŞ onun tədarükünü dayandırmazdan əvvəl İsrail ehtiyat yığıbmış.
“İsrail a-Yom” nəşri isə bu hücumda İsrail istehsalı bombalardan da istifadə edildiyini yazıb. İddia edilib ki, Nəsrullahın bunkerini dağıtmağı bacaran bombalar İsrail müdafiə sənayesinin yeni nailiyyətidir.
Qeyd edək ki, Həsən Nəsrullah 27 sentyabrda Beyrutdakı bunkerinə raket zərbələri nəticəsində ölüb.
#İsrail teqi istifadə olunub
- İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI
- İsrail Britaniyanın tətbiq etdiyi sanksiyalara qarşı hansı cavab tədbirlərini hazırlayır? - Baku TV
- Qəzzada xəstəxanaya hücum beynəlxalq səviyyədə etirazlara səbəb oldu - Baku TV
- Netanyahu İranın nüvə proqramını yenidən bərpa etməyə çalışdığını açıqladı - Baku TV
- İran uranın zənginləşdirilməsini bərpa edir | Netanyahu təhlükədən danışır - Baku TV CANLI
