İsrailin yeni planında nələr var?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu yüksək vəzifəli məmurlardan ibarət gizli qrup yaradıb.
Bu barədə yerli media məlumat yayıb.
Xəbərə görə, qrup Qəzza zolağının gələcəyini müzakirə etmək üçün yaradılıb. Bura İsrail kəşfiyyat agentliyi Şin Betin və Xarici Kəşfiyyat Xidmətinin üzvləri, o cümlədən ölkənin ABŞ-dəki səfiri Maykl Hersoq daxildir.
Medianın məlumatında qeyd olunub ki, qrupun üzvləri bu günə qədər dörd dəfə görüşüblər. Bu həftə daha bir toplantının keçirilməsi gözlənilir. Mənbənin məlumatına görə, İsrail bu barədə ABŞ administrasiyasını məlumatlandırıb.
Bundan başqa o da bildirilib ki, rəsmi Təl-Əviv yaxın zamanda Qəzza zolağının idarə edilməsi planını da Ağ Evə təqdim edəcək.
Xatırladaq ki, ABŞ və İsrail rəsmiləri hələ oktyabrın 21-də Qəzza zolağının gələcəyi barədə müzakirələr aparıblar. Onlar bildiriblər ki, bu, HƏMAS-ın devrilməsindən sonra mümkün olacaq.
#Benyamin Netanyahu teqi istifadə olunub
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
