Kadırovun təhdidlərinə Özbəkistandan sərt cavab | Açıq-aşkar hədələyirlər ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan parlamentinin keçmiş üzvü Rəsul Kuşerbayev Çeçenistan vətəndaşları üçün yoxlamaların gücləndirilməsini və Qroznı ilə hava nəqliyyatının dayandırılmasını təklif edib. Bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
“Özbəkistanda məmurlara açıq təhdidlər terrorizmdir. Bunları dilə gətirən və ya həyata keçirməyə çalışanlar cavab verməlidirlər. Niyə Özbəkistan hökuməti belə təhdidlər səslənəndə susmalıdır? Nə vaxta qədər şovinist baxışları ilə bizi açıq-aşkar hədələyənlərin yanında səssizcə oturacağıq? Məmurdan gələn ictimai təhlükəyə layiqli cavab verməyin vaxtı çatmayıbmı?”, – o bildirib.
Qeyd edək ki, Ramzan Kadırov “kimlərsə Özbəkistanda yaxşı komandanı darmadağın etməyə və sistemi sındırmağa çalışır”, – deyə Şavkat Mirziyoyevin qızı və kürəkəninin hakimiyyətə iddialı ola biləcəyi məlumatlarını şərh etmişdi.
Kadırov xəbərdarlıq etmişdi ki, bu cür ssenarilər kiçik münaqişələrlə başlayan qərbyönlü rəngli inqilabları xatırladır.
O, Özbəkistan Prezidentinin ailəsini söz-söhbətləri dağıtmaq üçün bəyanatla çıxış etməyə çağırmışdı.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
