Pleyeri seçin:

Kiyev görüşü zamanı diqqətçəkən məqamlar

11 may 2025 548 baxış

“Ukrayna qeyd-şərtsiz 30 günlük atəşkəsə hazırdır”.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində tərəfləri 30 günlük atəşkəsə çağırıb. Kiyev razılaşsa da, Kreml hələlik məsələyə reaksiya verməyib.

Bəs necə oldu ki, Ukrayna davam edən danışıqlarda bir sıra razılaşdırılmayan məqamlar olmasına baxmayaraq, 30 günlük atəşkəsə hə dedi?

Bunun əsas səbəblərindən biri D.Trampın onun təklifi ilə razılaşmayan tərəfləri yeni sanksiyalarla hədələməsidir.

Fransa, Böyük Britaniya, Almaniya və Polşa liderləri mayın 10-da Kiyevə səfər edərək ABŞ liderinin atəşkəs planını müzakirə ediblər. Onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Bəs görüşün sonunda nəyə nail olunub? Danışıqlardan sonra Avropa liderləri Volodimir Zelenskini razı salmağı bacarıblar. Daha sonra isə Ağ Ev rəhbərinə də məlumat verilib.

“Rusiya razılaşarsa və effektiv monitorinq təmin olunarsa, davamlı atəşkəsə yol açıla bilər”, – deyə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.

Xarici KİV-in yaydığı məlumata görə, əgər V.Zelenski və Avropa liderləri D.Trampı atəşkəsə razılaşdırmağa nail olsa, Ukrayna Rusiya ilə birbaşa sülh danışıqlarına başlaya bilər. Yazıda D.Trampın razılıqdan məmnun olduğu vurğulanıb.

Bəs Rusiya tərəfi bu təklifdən üz döndərsə, onu nələr gözləyir? Əgər bu hal baş tutsa, Avropa ölkələri Kremlə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Son olaraq isə Kiyevdə Fransa Prezidenti Emmanuel Makronun “Qətiyyətlilərin koalisiyası” çərçivəsində görüşündən sonra Ukraynalı həmkarı ilə sağollaşması diqqət çəkib. İki liderin yaxınlığı mediada müzakirə mövzusu olub.

Bu görüntülər V.Zelenski və E.Makronun yalnız müttəfiq deyil, o cümlədən yaxın dost olduqlarını deməyə əsas verir. Hətta Ukrayna Prezidenti çıxışlarından birində Fransa rəhbərini müharibə məsələləri üzrə ekspert də adlandırıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 548 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 548 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 548 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 548 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 548 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 548 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 548 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 548 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 548 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 548 baxış
Seçilmişlər
icon