Pleyeri seçin:

London Ağ Evin sülh təkliflərinə qarşı çıxdı | Bunlara Kiyev qərar verməlidir!

26 aprel 2025 184 baxış

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ilə bağlı ABŞ Prezidenti Donald Trampın sülh təkliflərinə qarşı çıxıb.

O, Trampa etiraz olaraq bildirib ki, Ukraynanın cəsarətli Prezidenti Volodimir Zelenski atəşkəslə bağlı razılaşmanın əldə olunmamasında günahkar deyil.

Kir Starmer Krımı Rusiya ərazisi kimi tanımaqdan da imtina edib.

“Teleqraf”a müsahibəsində “Moskva qeyd-şərtsiz atəşkəslə razılaşmalıdır” deyən Starmer əlavə edib ki, “Ukraynanın adından danışmaq lazım deyil, problemlərin necə həll edilməsinə Kiyev qərar verməlidir.

Donald Trampın sülh təklifləri ilə razı olmasa da, Kir Starmer “istəklilər koalisiyasının” təhlükəsizliyinə təminatı ABŞ-dən istəyir. Koalisiyanın Ukraynaya hərbi kontingent yerləşdirmək planı isə hələ müzaikirə mövzusudur.

Müzakirələrə səbəb olan digər xəbər isə Zelenskinin sülhlə bağlı Ağ Evə göndərdiyi tələblərdən ibarət 5 bəndlik paketdir. Çünki bu tələblər Trampın şərtləri ilə ziddiyyət təşkil edir.

Məsələn, Zelenski Krımın Ukraynaya aid olduğunu deyib, ümumilikdə 2014-cü ildə Kremlin nəzarətinə keçən torpaqların rəsmən Rusiya ərazisi kimi tanınmamasını tələb edib.

Bundan başqa, Donald Trampın özü də Rusiyanın hücumları davam etdirməsindən narazıdır.

ABŞ lideri sosial şəbəkə hesablarında aprelin 24-də Ukrayna paytaxtına hücumları şərh edib:

“Rusiyanın Kiyevə zərbə endirməsi yersiz və vaxtsızdır. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh sazişi imzalayaq”.

O, son açıqlamalarının birində bildirib ki, Krımı geri qaytarmaq Ukrayna üçün çox çətin olacaq.

Qeyd edək ki, Britaniyanın Baş naziri Ağ Evin ritorikasını düzgün hesab etmir. Buna baxmayaraq, o, yayda atəşkəsin əldə olunacağını bildirib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 184 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 184 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 184 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 184 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 184 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 184 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 184 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 184 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 184 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 184 baxış
Seçilmişlər
icon