Pleyeri seçin:

Lukaşenkodan Baydenlə bağlı sərt sözlər | Tramp bunların qarşısını aldı...

05 mart 2025 408 baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ABŞ-də keçirilən son prezident seçkilərində Donald Trampın qələbəsi dünya üçün potensial nüvə qarşıdurması və Üçüncü Dünya müharibəsi təhlükəsinin qarşısını alıb.

A.Lukaşenkonun bu fikirləri Belarusun rəsmi "Belta" agentliyi tərəfindən yayımlanıb.

"Biz Üçüncü Dünya müharibəsinə çox yaxın idik", – deyə A.Lukaşenko bildirib.

O qeyd edib ki, Co Bayden yenidən ABŞ prezidenti seçilsəydi, dünya daha təhlükəli ssenari ilə üzləşə bilərdi. Onun fikrincə, D.Trampın prezident seçilməsi bu təhlükənin müəyyən qədər qarşısını alıb:

"Təsəvvür etmək çətindir, amma mənə elə gəlir ki, biz nüvə qarşıdurmasına, Üçüncü Dünya müharibəsinə çox yaxınlaşmışdıq. Ən azı hələlik D.Trampın seçilməsi bu ekstremal ssenaridən yayınmağa kömək edib".

Belarus Prezidenti əlavə edib ki, D.Tramp xaraktercə güclü şəxsiyyətdir və ABŞ siyasətində özünün fərqli mövqeyi ilə seçilir. O, keçmiş və indiki ABŞ prezidentləri arasındakı fərqləri də vurğulayıb.

"D.Tramp təbiətcə güclü insandır. O, sülhlə bağlı əsas vədlərini yerinə yetirir", – deyə A.Lukaşenko bildirib.

Qeyd edək ki, bu fikirlər Belarus liderinin beynəlxalq siyasət və ABŞ-nin qlobal proseslərdəki rolu ilə bağlı əvvəlki açıqlamaları ilə də üst-üstə düşür. A.Lukaşenko əvvəllər də Co Bayden administrasiyasını tənqid edib və ABŞ-nin Rusiya-Ukrayna müharibəsindəki rolunu şübhə altına alıb.

D.Trampın ABŞ prezidenti seçilməsi qlobal miqyasda ciddi dəyişikliklərə səbəb ola bilər. O, artıq seçki kampaniyası zamanı Rusiya-Ukrayna müharibəsini tezliklə bitirəcəyini və ABŞ-nin xarici siyasət kursunda ciddi dəyişikliklər edəcəyini bəyan edib. Bununla yanaşı, Avropa və NATO ilə münasibətlərdə də fərqli yanaşma sərgiləyəcəyi gözlənilir.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 408 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 408 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 408 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 408 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 408 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 408 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 408 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 408 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 408 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 408 baxış
Seçilmişlər
icon