Makronun İsrailə səfəri Fələstində etirazla qarşılandı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron Fələstinə gedib. Bu barədə onun sosial şəbəkə hesabında məlumat verilib. Makron Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
“Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşmək üçün Ramallaha getmək mənim üçün vacib idi. HƏMAS-ın terror hücumunun səbəb olduğu zorakılığın qurbanlarına başsağlığı verirəm. Bu, həm israillilər, həm də fələstinlilər üçün faciədir”, – deyə Emmanuel Makron bildirib.
Qeyd edək ki, Fransa lideri daha əvvəl İsraildə də səfərdə olub. E.Makron İsrail Prezidenti, Baş naziri və müxalifət liderləri ilə görüşüb. Fələstinin Ramallah şəhərində isə etirazçılar Makronun portretini yandırıblar. Onlar dövlət başçısının İsrailə səfərini pisləyiblər. Etirazçılar həmçinin Qəzza zolağının bombalanmasına son qoyulmasını tələb ediblər.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
