Makronun planı İsraili əsəbiləşdirdi | Netanyahudan sərt qərarlar
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq niyyəti və Qəzza ilə bağlı təşəbbüsləri Paris-Tel-Əviv münasibətlərində görünməmiş gərginliyə səbəb olub. Baku TV-nin təqdim etdiyi məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu bu addımı "ehtiyatsız" adlandıraraq Fransaya qarşı sərt cavab tədbirlərinin hazırlandığını bildirib. İsrail tərəfi qisas olaraq Fransanın Qüdsdəki konsulluğunun bağlanması və İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi kimi ciddi addımları nəzərdən keçirir. Makronun sülh konfransı təklifi və Netanyahunun buna kəskin etirazı regiondakı diplomatik mənzərəni tamamilə dəyişir. İki lider arasında dialoqun faktiki olaraq dayandığı və münasibətlərin kəskin pisləşdiyi bir məqamda tərəflərin qarşılıqlı ultimatumları xüsusi reportajda təhlil edilir. Diplomatik qarşıdurmanın pərdəarxası məqamları və mümkün fəsadlar barədə ən son təfərrüatlar materialda əksini tapıb.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
