Makronun sərsəm açıqlaması cavabsız qalmadı | Ağ Ev
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron ona edilən ciddi xəbərdarlıqlardan sonra yenə də həmkarlarını Ukraynaya yardım etmək məqsədilə müharibədə iştirak etməyə səsləyib.
Emmanuel Makron budəfəki çıxışında Avropadakı müttəfiqlərini qorxaqlıq göstərməməyə çağırıb.
“Avropanın həyatında qorxaqlıq nümayiş etdirməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən təhlükələrdən danışmaq həmişə çətindir və düşünürəm ki, ölkələrimiz Avropada baş verənləri anlayır. Müharibə torpaqlarımıza qədər gəlib çatıb və dayandırılması qeyri-mümkün olan qüvvələrin bizə hücum təhlükəsi gündən-günə daha da genişlənir. Biz tarixin çağırışlarına cavab verməli və lazımi cəsarəti göstərməkdən çəkinməməliyik”, – o bildirib.
E.Makronun bu “cəsarətli” çıxışına Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbidən reaksiya gecikməyib.
“Mən Prezident Makronun sözlərini təhlil etməyəcəyəm. Onun şübhəsiz ki, öz fikrini bildirmək hüququ və imkanı var. Mən yalnız ABŞ Prezidenti Cozef Baydenin adından danışa bilərəm. Ukraynadakı münaqişə başlayan gündən bəri o, ABŞ qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə ifadə edib”, – deyə Con Kirbi qeyd edib.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
