Pleyeri seçin:

Misir-Çin arxeoloji ekspedisiyasından yenilik

25 fevral 2026 392 baxış

Misir-Çin birgə arxeoloji missiyası Gizadakı Mit Rahinanın şərqində yerləşən Tel Əziz ərazisindəki firon Apries məbədinə dair yeni ipucları tapıb və bu, qədim Memfis şəhəri haqqında əlavə məlumatlar təqdim edir.

“Əl Əhram” nəşrində dərc olunan məlumata əsasən, arxeoloji missiya fironların 26-cı sülaləsinə aid firon l-ci Apries məbədinin bir hissəsi olduğu düşünülən əhəng daşı quruluşu aşkar edib.

Misirin Ali Antik Əşyalar Şurası, Pekin Universiteti və Şandun Mədəni İrs və Arxeologiya İnstitutunun iştirak etdiyi missiya əvvəlki mövsümlərdə də eyni məbəd kompleksinin hissələrinin aşkar edildiyi ərazidə qazıntılar aparır. Misirin Ali Antik Əşyalar Şurasının rəyinə görə, tapıntı qədim Memfisin şəhər quruluşu və dini həyatı haqqında mühüm məlumatlar təqdim edir.

İlkin tədqiqatlar göstərir ki, Tel Əzizin cənub hissəsi şəhərin mərkəzi nüvəsinin bir parçası olub və məbəd 26-cı sülalədən Roma dövrünə qədər əsrlər boyu istifadə edilib.

Ərazidə aşkarlanan digər kəşflər arasında beş ədəd başsız Sfinks heykəli və Ptah tanrısına həsr olunmuş heroqlif mətnləri olan yazılı daş bloklar toplusu, eləcə də firon Apriesin kartuşları var.

Arxeoloji missiyanın Misir tərəfindən rəhbəri Məhəmməd Əbdül Badieyə görə, komanda, həmçinin ərazidə saxsı və şüşə qablar, mis sikkələr də daxil olmaqla, daha kiçik artefaktlar aşkar edib.

Çin qrupundan bildirilib ki, ərazinin tarixini bərpa etməyə kömək edə biləcək əlavə memarlıq elementlərini üzə çıxarmaq üçün qazıntılar aprel ayında bərpa olunacaq.

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 392 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 392 baxış
Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Dünya
21 sentyabr 2026 392 baxış
İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

Dünya
21 sentyabr 2026 392 baxış
Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Dünya
21 sentyabr 2026 392 baxış
Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Dünya
21 sentyabr 2026 392 baxış
Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Dünya
21 sentyabr 2026 392 baxış
Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Dünya
21 sentyabr 2026 392 baxış
Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Dünya
21 sentyabr 2026 392 baxış
Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Dünya
21 sentyabr 2026 392 baxış
Seçilmişlər
icon