Pleyeri seçin:

Müharibə nə zaman bitəcək? | Netanyahu sülhün ilkin şərtlərini açıqladı

19 oktyabr 2025 441 baxış

Misir-Qəzza zolağı sərhədindəki "Rəfah" nəzarət-buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər bağlı qalacaq.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, keçidin açılması məsələsinə HƏMAS ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirdikdən sonra baxılacaq.

Bununla yanaşı, Fələstinin Qahirədəki səfirliyi Misir və Fələstinin Qəzza zolağı arasındakı Rəfah sərhəd-keçid məntəqəsinin oktyabrın 20-də fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

Baş nazir onu da əlavə edib ki, Qəzzada müharibə HƏMAS və İsrail arasında sülh razılaşmasının bütün şərtləri yerinə yetirildikdə sona çatacaq. "Bu ilk növbədə, birinci mərhələni – bütün girovlarımızın qaytarılmasını əhatə edir. Biz hazırda bunun üzərində işləyirik", – deyə o qeyd edib.

Netanyahunun sözlərinə görə, İsrail razılaşmanın tam yerinə yetirilməsində qətiyyətlə israrlıdır. "Əgər HƏMAS silahlarını yerə qoymaqdan imtina edərsə, biz buna güc yolu ilə nail olacağıq. Yalnız HƏMAS tərk-silah edildikdən və Qəzza demilitarizasiya edildikdən sonra müharibə nəhayət başa çatacaq", – deyə İsrailin Baş naziri vurğulayıb. 

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 441 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 441 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 441 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 441 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 441 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 441 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 441 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 441 baxış
Seçilmişlər
icon