“Müharibə Rusiyanın şərtləri ilə bitsə...” | NATO-suz Ukraynanı nələr gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Cozef Baydenin dövründə Qərbdən olan siyasətçilərin Ukraynanı tam dəstəkləməyə cəsarəti çatmadı”.
Bu sözləri Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson “Politico”ya müsahibəsində deyib.
Onun fikrincə, hazırkı ABŞ Prezidenti Donald Tramp bu mövzuda ən yaxşı sözlərə layiqdir.
“Co Baydenin dövründə Qərb Ukraynanın məğlub olmamasına çalışırdı. Amma Javelin raketləri də Bayden yox, 2018-ci ildə məhz Trampın dövründə Kiyevə göndərilib”, – deyən Conson əlavə edib ki, Tramp ikinci prezidentlik dövründə Avropanın hərbi siyasətini baş-ayaq vəziyyətə salıb. Çünki ABŞ-nin NATO öhdəlikləri şübhə altına düşüb.
Söhbət alyansa üzv ölkələrin Rusiyanın hücumuna məruz qalacağı təqdirdə müdafiə tədbirlərindən gedir.
“O ki qaldı onun Rusiyaya qarşı ilıq münasibətinə, hazırda Vaşinqtonda da anlayırlar ki, Putin sülhə can atmır. Müharibənin Kremlin şərtləri ilə yekunlaşması qorxuncdur. Çünki bu, Ukraynaya silah yardımının dayandırılması və bəzi ərazilərin Rusiyaya verilməsi deməkdir. Ukraynanın NATO-ya üzv ola bilməməsi isə gələcəkdə Rusiyanın bu ölkəyə yenə soxula biləcəyi riskini yaradır”, – deyə Conson fikrini tamamlayıb.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
