Müttəfiqlər İsraili meydanda tək qoyur? | Netanyahu özündən çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağında hərbi əməliyyatın bərpası qərarı İsrailə baha başa gələcək. Bu barədə ABŞ-nin “Washington Post” nəşri yazıb.
“Böyük Britaniya, Fransa və Kanadanın birgə bəyanatı bunu sübut etdi. Bu ölkələr İsrail rəhbərliyindən hərbi əməliyyatları dayandırmağı tələb edir və onun üçün ciddi nəticələrin olacağını vəd edirlər”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Böyük Britaniya artıq İsraillə azad ticarət rejiminin yaradılması ilə bağlı danışıqları dayandırıb. Əlavə olaraq, Avropa İttifaqı Təl-Əvivlə ticarət müqaviləsinə yenidən baxılması prosesinə başlayacaq.
Bütün bunlara İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən ölkələri HƏMAS-a dəstək olmaqda günahlandıraraq cavab verib.
İddiaya görə, ölkənin ən yaxın müttəfiqi olan ABŞ belə artıq Netanyahu hökumətinə qarşı səbrini itirir. Prezident Donald Tramp Qəzzada sülh danışıqlarının fonunda, İsrail rəhbərliyinin hərəkətlərindən məyusdur. Təzyiqlərin artması isə Netanyahunu müəyyən güzəştlərə getməyə məcbur edir.
Bu təzyiqlər Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlıdır. Lakin görünən odur ki, Təl-Əviv tərəfi dünyadan təcrid olunması ehtimalını daha üstün tutur.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
