Netanyahudan Baydenə cavab
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail vətəndaşlarının əksəriyyəti Qəzza zolağında atılan addımları dəstəkləyir.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Bild” qəzetinə müsahibəsində deyib. Bununla da Netanyahu ABŞ Prezidenti Co Baydenin tənqidlərinə cavab verib.
“Əgər ABŞ Prezidenti hesab edirsə ki, mən israillilərin əksəriyyətinin istəklərinə zidd olaraq şəxsi siyasət yürüdürəm və bu İsrailin maraqlarına zərər verir, o, yanılır”, – deyə Baş nazir bildirib.
Netanyahunun fikrincə, ölkə vətəndaşlarının böyük əksəriyyəti Qəzzada atılan addımları dəstəkləyir. “İsraillilər HƏMAS-ın yerdə qalan bölmələrini məhv etmək üçün həyata keçirdiyimiz tədbirləri dəstəkləyirlər”, – deyə hökumət başçısı əlavə edib.
Qeyd edək ki, Co Bayden daha əvvəl bəyan edib ki, Netanyahu Qəzzadakı hərəkətləri ilə bütün dünyanı özünə qarşı çevirdiyi üçün İsrailə kömək etməkdən daha çox zərər verir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
