Onların kütləvi yox edilməsi… | İran ABŞ və İsraili necə qorxuya salıb?
Yeniliklərdən dərhal xəbərdar olun
“İran nüvə silahı əldə etməyə can atmır, çünki İslam dövlətinin prinsipləri günahsız insanların kütləvi şəkildə öldürülməsini qadağan edir”.
Bunu İran Prezidenti Məsud Pezeşkian yerli media nümayəndələrinə açıqlamasında deyib.
“Nüvə proqramının nəzərdən keçirilməsi asan məsələdir. Amma İran nüvə silahı əldə etməyə çalışmır. İsrail uzun müddətdir Tehranın nüvə silahını işə salmaq istədiyini və bunun mövcud təhlükə yaratdığını iddia edir. Biz nə müharibə, nə də insan tələfatına yol açacaq gərginliklərin tərəfdarıyıq”, – deyə o bildirib.
Xatırladaq ki, İranın nüvə silahı əldə etmək üzrə olması barədə iddialar həm ABŞ Prezidenti, həm də İsrailin Baş naziri tərəfindən dəfələrlə səsləndirilib. Donald Tramp və Benyamin Netanyahunun son görüşündə də bu məsələnin ciddi narahatlıq yaratdığı vurğulanaraq İrana qarşı birgə mübarizə aparmağa dair razılıq əldə olunub.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
