"Paşinyan arvadına xəyanət edirmi?" məqaləsi qalmaqal yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın daxili siyasi mühitində media və hökumət arasındakı gərginlik məhkəmə müstəvisinə keçib. Baku TV-nin "Dünya" xəbər xidmətinin verdiyi məlumata görə, İrəvan şəhər Ümumi Yurisdiksiya Məhkəməsi Baş nazir Nikol Paşinyanın müxalif "Hraparak" media orqanına qarşı "Paşinyan arvadına xəyanət edirmi?" başlıqlı məqalə ilə bağlı iddiasını qismən təmin edib. 2026-cı ilin 19 mart tarixində elan edilən və 6 aprel tarixinə qədər müzakirə mövzusu olan məhkəmə qərarına əsasən, media qurumu Baş nazir barədə yaydığı böhtan xarakterli məlumatları təkzib etməlidir. Lakin məhkəmə Paşinyanın tələb etdiyi 1 milyon dramlıq təzminat iddiasını rədd edib.
Məlumata əsasən, qalmaqala səbəb olan yazı ötən ilin iyun ayında dərc edilib və orada Paşinyanın öz mətbuat katibi ilə münasibətləri barədə heç bir fakta əsaslanmayan iddialar yer alıb. Videoda Paşinyanın vətəndaş nikahında olduğu Anna Akopyanla fevral ayında rəsmən ayrılması fonunda bu məhkəmə işinin siyasi rezonansı və Ermənistan mediasındakı kəskin tənqidlər əks olunub. Reportajda vurğulanır ki, məhkəmə yazını sadəcə sual deyil, konkret ittiham kimi qiymətləndirib.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
