Pleyeri seçin:
Polis Allahverdyanın “məzlumluq maska”sını cırdı | Erməni döyüşçü barədə qalmaqal
Moskvada erməni MMA döyüşçüsü Mixail Allahverdyan saxlanılıb.
Buna səbəb isə onun üzərindən odlu silahın aşkarlanmasıdır.
“Sport Baza” “Telegram” kanalının məlumatına görə, polis magistral yollarda reyd keçirərkən M.Allahverdyanın da maşınını saxlayıblar.
Avtomobilə baxış zamanı polislərin diqqətini arxa oturacaqdakı dəri çanta cəlb edib. Silah da elə həmin çantadan çıxıb.
M.Allahverdyan silahı guya yoldan tapdığını və polisə təhvil vermək üçün getdiyini bildirsə də, hüquq-mühafizə orqanının əməkdaşları ona inanmayaraq döyüşçünü bölməyə, silahı isə ekspertizaya təhvil veriblər.
M.Allahverdyan sərbəst buraxılsa da, barəsində odlu silah gəzdirmək maddəsi ilə cinayət işi açılıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Duqindən Putinlə bağlı sensasiyalı açıqlama
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI
- ABŞ Rusiyaya qarşı hansı planı işə saldı? - Baku TV CANLI
- Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI
