Qərb Ermənistandan alət kimi istifadə edir | Qaluzin sərt danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərb Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə Ermənistandan alət kimi istifadə edir”.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mediaya müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərbin məqsədi erməni “platformasından” istifadə edərək regionda növbəti gərginlik mənbəyi yaratmaqdır:
“Qərb Ermənistanın sosial-iqtisadi vəziyyətini və ölkədaxili stabilliyini tərəddüd etmədən təhlükə altına atmağa hazırdır. ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır və onu bizim ümumi inteqrasiya birliklərimizdən çıxarmağa çalışırlar.
Moskva dəfələrlə və müxtəlif səviyyələrdə narahatlıq doğuran məsələləri müzakirə etməyə hazır olduğunu İrəvana çatdırıb. Amma bu səylərimizə baxmayaraq, qarşı tərəfdən heç bir cavab almamışıq. Ümid edirik ki, Ermənistan rəhbərliyi Qərbin vədlərinin illüziya olduğunu anlayaraq Rusiya ilə münasibətlərin kəskin pisləşdiyini dərk edərək düzgün qərar verəcək”.
Rusiya xarici işlər nazirinin müavini həmçinin KTMT haqqında da danışıb və qeyd edib ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün başqa effektiv alternativ mexanizm yoxdur. İrəvanın adıçəkilən təşkilatın işində tam şəkildə iştirakı erməni xalqının istəklərinə uyğundur və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması işinə xidmət edir.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
