Qəzzada atəşkəsin detalları ortaya çıxdı | Mübahisə yaradan məqam
Yeniliklərdən dərhal xəbərdar olun
İsraillə HƏMAS arasında 467 gündür davam edən müharibə heç bitməyəcək kimi görünsə də, yanvar ayının 15-də tərəflər arasında 8 bəndlik atəşkəs razılaşması imzalanıb.
Qətər və Misirin iştirakı ilə imzalanan HƏMAS-İsrail atəşkəs razılaşmasının şərtləri də artıq açıqlanıb. Məlumata görə, ilkin olaraq İsrail hərbi qüvvələri Qəzza zolağının Netzarim və Filadelfiya xətlərindən mərhələli şəkildə tam geri çəkilməlidir. Daha sonra keçid məntəqələri yenidən açılmalı, malların və humanitar yardımların hərəkəti tam təmin edilməlidir. Bu öhdəliyi öz üzərinə götürən Qətər dövləti protokola əsasən, hər gün 600 yardım avtomobilinin Qəzza ərazisinə keçə bilməsini tələb edir.
Üçüncü bənddə yer alan ən vacib məqamlardan biri isə qəzzalıların müvəqqəti yaşayışı üçün şəraitin yaradılmasıdır. Bu məqsədlə anklav şəhərə 200 000 çadır və 60 000 avtofurqon buraxılmalı, səyyar və modul tipli xəstəxanalar yaradılmalıdır.
Atəşkəs şərtlərində ən çox mübahisələrə səbəb olan məqamlardan biri əsirlərin dəyişdirilməsi məsələsi də öz həllini tapıb. Protokola əsasən, ilkin mərhələdə 19 yaşından kiçik qadınlar və uşaqlar da daxil olmaqla 1 000 fələstinli məhbus azad edilməlidir. Bunun müqabilində isə HƏMAS tərəfi İsrailə 33 girovun ölü, ya da diri halda geri qaytarılmasını təmin etməlidir.
Təhlükəsizlik məsələlərinə gəlincə isə atəşkəsin tələblərinə uyğun olaraq, İsrail Silahlı Qüvvələri Qəzza üzərində gündəlik 8-10 saatlıq aviasiya reydlərinə son verməlidir.
Xatırladaq ki, sazişin birinci mərhələsi 6 həftə müddətində icra ediləcək. Bütün bu müddəalara əməl olunduqdan sonra 2-ci və 3-cü mərhələyə start veriləcək.
Sazişin ikinci mərhələsi üzrə danışıqlar fevralın 3-nə nəzərdə tutulub. 3-cü mərhələnin isə nə zaman başlayacağı barədə dəqiq məlumat verilməsə də, bildirilib ki, bu mərhələdə Misir, Qətər və BMT-nin nəzarəti altında Qəzzanın yenidən qurulması planlaşdırılır.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
