Qəzzada həlledici əməliyyata hazırlıq | İsrailə qarşı təzyiqlər artdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İsrailə təziqləri artırır”.
Xarici kütləvi informasiya vasitələri belə bir başlıqla xəbər dərc edib. Məlumatda bildirilir ki, “Qoca qitə” rəsmi Təl-Əvivdən müharibənin 3-cü mərhələsinə keçməyi tələb edir. Bu isə dəqiq hədəfli əməliyyatların icrasına başlanılması deməkdir.
Eyni tələblə dekabrın 20-də ilin yekunlarına dair mətbuat konfransında ABŞ-nin dövlət katibi Entoni Blinken də çıxış edib.
Onun sözlərinə görə, İsrail hücum hədəflərini daha dəqiq icra etməli və HƏMAS-ın varlığına son qoymalıdır ki, oktyabrın 7-də yaşanan hadisə bir daha təkrarlanmasın:
“ABŞ İsraildən Qəzzada hərbi əməliyyatların HƏMAS rəhbərliyinə və onun infrastrukturuna yönəltməsini istəyir. Eyni zamanda İsrail HƏMAS-ı məhv etmək üçün həyata keçirdiyi hücumlarda mülki itkiləri minimuma endirmək öhdəliyinə əməl etməlidir.
Qeyd edim ki, rəsmi Təl-Əviv son zamanlar Qərb müttəfiqlərinin artan təzyiqi ilə üzləşib. Onlar İsraildən müharibəni bitirməyi tələb edirlər. Düzdür, bunu hamımız istəyirik, lakin mən eşitməmişəm ki, kimsə HƏMAS-dan mülki insanların arxasında gizlənməyi dayandırmağı, müharibəyə son qoymağı tələb edib.
Ancaq rəsmi Vaşinqton açıq şəkildə İsraili HƏMAS liderlərinə qarşı sərt və məqsədyönlü kampaniya aparmağa çağırıb. Belə olduqda düşünürəm ki, siz mülki insanlara dəyən zərərin də əhəmiyyətli dərəcədə azaldığını görəcəksiniz. Biz Fələstin xalqını müdafiə etməyə və daha az insan tələfatına görə çalışırıq”.
Qeyd edək ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların 3-cü mərhələsinə 2024-cü ilin yanvarında başlayacağı gözlənilir.
#Entoni Blinken teqi istifadə olunub
- Prezidentdən tarixi xatırlatma | ABŞ-yə lazım olanda, biz onlarla idik, amma...
- Tramp "ikinci USAID"i yaradacaq? - Təşkilatın əməlləri ifşa olundu
- Ramil İskəndərlidən USAID-lə bağlı mühüm açıqlama | Faktların hamısı göstərir ki...
- Onlar da Trampın qara siyahısına düşdü | Ağ Ev rəhbəri kimlərin icazəsini ləğv etdi?
- Putin təhlükə altındadır? | Kremldən iddialarla bağlı təcili açıqlama
