Qəzzadakı vəziyyət dünya diqqətində | “Bunlara imkan vermək insanlıq üçün biabırçılıqdır...”
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya hökuməti Fələstin dövlətinin yaradılmasını hələlik düzgün qərar saymır.
Bunu Almaniya Kansleri Fridrix Merts bildirib.
“İki ölkənin yaradılması gələcək üçün yaxşı qərardır, amma hazırda Fələstin dövlətinin yaradılmasını düzgün qərar saymırıq. Bu, problemin həlli üçün son addım ola bilər. Ona görə də Almaniya hökuməti yaxın zamanlarda Fələstinin müstəqilliyini tanımayacaq”, – deyə o qeyd edib.
İordaniya kralı II Abdullah ibn Əl-Hüseyn isə İsrailin Qəzza zolağında apardığı müharibəni dayandırmağa çağırıb. O bildirib ki, bölgədəki humanitar böhran fəlakət həddinə çatıb:
“Uşaqların aclıqdan əziyyət çəkməsinin görüntüləri bütün dünyanı sarsıdıb. Bunun davam etməsinə imkan vermək bütün insanlıq üçün biabırçılıqdır”.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
