Qlobal qiymət artımı Gürcüstandan da yan keçmir | Gündən-günə artan qiymətlər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda yanacağın qiyməti yenidən artım trendinə keçib. Son iki həftə ərzində müxtəlif yanacaqdoldurma məntəqələrində qiymətlər 5–50 tetri aralığında artıb.
Ekspertlər artımı qlobal bazarlardakı proseslərlə əlaqələndirirlər. Xüsusilə Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazı üzərindən gəmiçiliyin məhdudlaşması dünya neft tədarükünə ciddi təsir göstərib.
Qeyd olunur ki, qlobal neft daşımalarının təxminən beşdəbiri məhz bu marşrut üzərindən həyata keçirilir. Beynəlxalq bazarlardakı bahalaşma Gürcüstan bazarında da özünü göstərib. Aparıcı yanacaq şirkətlərində benzin və dizel məhsulları üzrə qiymətlər nəzərəçarpacaq dərəcədə artıb. Hazırda bəzi premium benzin növlərinin qiyməti 3,80 Gürcüstan larisini keçib, dizel yanacağı isə bəzi hallarda 3,70 lari səviyyəsinə yaxınlaşıb.
Mütəxəssislər bildirirlər ki, mövcud geosiyasi vəziyyət davam edərsə, yaxın dövrdə yanacaq qiymətlərində əlavə artımlar da istisna olunmur.
#Gürcüstan teqi istifadə olunub
- Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
