Quterreş Haitidə yaşanan təhlükəsizlik böhranından danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
BMT Baş katibi Antonio Quterreş son illər təhlükəsizlik sahəsində ciddi böhran yaşayan Haitiyə yardım göstərmək üçün dünya ictimaiyyətini səfərbər edə bilmədiyini etiraf edib.
Bu barədə o, Port-o-Prensə səfəri zamanı mətbuat konfransında bildirib.
"Beynəlxalq ictimaiyyəti səfərbər edə bilmədiyimə görə üzr istəyirəm", – deyə Baş katib bildirib.
O həmçinin cinayətkar dəstələrin əməlləri nəticəsində həlak olanların ailələrindən üzr istəyib və qeyd edib ki, BMT-nin Haitiyə humanitar yardım üzrə 2026-cı il üçün 880 milyon dollar həcmindəki planı dörddə birindən də az maliyyələşdirilib.
BMT-nin məlumatına görə, ölkədə azı 1,5 milyon insan zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb, əhalinin təxminən yarısı isə kəskin ərzaq qıtlığından əziyyət çəkir.
Quterreş dünya ictimaiyyətinin Haitinin problemlərindən üz çevirməməli olduğunu vurğulayaraq, bu vəziyyətdəki biganəliyi "ən böyük rüsvayçılıq" adlandırıb.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- ABŞ-nin təzyiqlərinə İran nə qədər tab gətirə biləcək? | Böyük Qayıdış davam edir - YENİ BİR SƏHƏR
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
