Pleyeri seçin:

Rusiyada çətin dövr hansı danışıqlardan sonra başladı? | Moskvada nə baş verir?

13 may 2024 486 baxış

Vladimir Putinin Sergey Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırmasında səbəb axtarışı diqqəti Ukrayna müharibəsinə yönəldir.

Müharibənin gedişində müdafiə naziri dəyişirsə, bu, cəbhədə problemin olduğu deməkdir. Ukrayna cəbhəsində problemlərin olduğu bəllidir, müharibənin ilk mərhələsində, xüsusilə İstanbul danışıqlarından sonra Rusiya üçün çətin dövr başlandı. İtkilərə, uğursuzluqlara görə son nəticədə S.Şoyqu məsuliyyət daşıyır.

“Vaqner” üsyanından sonra S.Şoyqunun hədəf taxtasına çıxması daha da sürətləndi. Son olaraq müavini Timur İvanovun korrupsiya ittihamı ilə həbsinin S.Şoyqu üçün xoşagəlməz vəziyyət yaratdığını düşünmək olar. Lakin səbəbləri Ukrayna cəbhəsində, yaxud Müdafiə Nazirliyinin dəhlizlərində axtarmaq yanıldıcı ola bilər.

Birincisi, Rusiya kimi ölkələrdə yüksəkrütbəli məmurun korrupsiya əməli o qədər də təəccüblü deyil və istisna deyil ki, müavininin məhz indi ifşa edilməsi S.Şoyqunun gedişini “asanlaşdırmaq” məqsədi daşıyıb;

İkincisi, Ukrayna cəbhəsində Kiyevin böyük əks-hücum əməliyyatının uğursuzluğundan sonra rus ordusu üçün vəziyyət o qədər də pis deyil, əksinə, işğal etdikləri ərazilərdə möhkəmləndiyi və irəlilədiyi haqda xəbərlər gəlir, Xarkov istiqamətində baş verənlər bunun son nümunəsidir.

S.Şoyqunun gedişi və yerinə Andrey Belousovun təyin edilməsi daha çox V.Putinin gələcək planından qaynaqlanır.

İqtisadçı olan A.Belousov mülki şəxs kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək, lakin bu, Ukrayna müharibəsinin gedişində, ümumiyyətlə, ordunun hərbi fəaliyyətində dəyişikliyin olacağı demək deyil. Çünki hərbi məsələlər Gerasimov başda olmaqla generalların işidir, S.Şoyqu postundan getdiyi vaxt Ukraynada müharibənin davam etməsi də nazirin həlledici olmadığını göstərir.

A.Belousovun bu posta gətirilməsi Qərb və Rusiya mediasında bir neçə kontekstdə qiymətləndirilir:

– Müdafiə Nazirliyində korrupsiyanı kökündən kəsmək;

– S.Şoyquya yaxın “kabinet generalları” əvəzinə döyüşən hərbçiləri önə çıxarmaq;

– Ordunun iqtisadi gücünü artırmaq, xüsusilə müharibənin getdiyi vaxt əməliyyatlarla təşkilatçılıq məsələlərini bir-birindən ayırmaq, eləcə də hərbi sənayeni inkişaf etdirmək və s;

– Rusiya tamamilə müharibə iqtisadiyyatına keçir və “iqtisadi reseptləri” ilə ad çıxarmış A.Belousov bu işin öhdəsindən gələ bilər.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 486 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 486 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 486 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 486 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 486 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 486 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 486 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 486 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 486 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 486 baxış
Seçilmişlər
icon