Serj Sarkisyan torpaqları səfirliyə satıb? | Cinayət işinin detalları üzə çıxdı
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ona qarşı açılmış növbəti cinayət işini “hüquqi hoqqabazlıq” və “insani faciə” adlandırıb.
“Sputnik Armenia” xəbər verir ki, o bu barədə hazırda həmin iş üzrə iclasın keçirildiyi məhkəmə binası qarşısında jurnalistlərə açıqlama verib.
Hələ bu ilin martında məlum olub ki, S.Sarkisyan İrəvandakı “Yerablur” hərbi panteonunun yanında yerləşən torpaq sahələrinin qanunsuz satışı işində külli miqdarda pul mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.
Bəzi məlumatlara görə, torpağın əsas alıcısı Çin səfirliyi olub. Müqavilə hələ 2005-ci ildə hökumət qərarı ilə bağlanıb və hazırda həmin ərazidə Çin Xalq Respublikasının yeni tikilmiş diplomatik nümayəndəliyi yerləşir.
Nəşr yazır ki, Serj Sarkisyan daha əvvəl “dizel işi” üzrə bəraət alıb. O, neft idxalçısı olan “Flash” şirkətinə 2013-cü ildə fermerlərə subsidiyalaşdırılmış dizel yanacağı tədarükü üçün tenderdə qalib gəlməyə kömək edib.
#Ermənistan teqi istifadə olunub
- Bakı məhkəməsində Nürnberq paraleli: Qərbə sərt mesaj! - AKTUAL GÜNDƏM
- Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV
- Azərbaycanın 35 illik müstəqillik tarixində üzləşdiyi ikili standartlar - Baku TV
- Dağıdılmış məzarlar, üzə çıxan gerçəklər | Kiçik Məzrənin tarixini necə silməyə çalışdılar?
- “Bizi müharibəyə Ermənistan məcbur etdi” | Prezident ordumuzun qələbəsindən danışdı - Baku TV
