Pleyeri seçin:
Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV
Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik.
Bu barədə Prezident İlham Əliyev AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
“Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, – dövlət başçısı qeyd edib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib - Baku TV
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Azərbaycanın 35 illik müstəqillik tarixində üzləşdiyi ikili standartlar - Baku TV
- Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
- “Bu gün onlar Azərbaycan çayını həbsxanalarda içirlər” | Prezidentdən diqqətçəkən mesajlar - Baku TV
