Dağıdılmış məzarlar, üzə çıxan gerçəklər | Kiçik Məzrənin tarixini necə silməyə çalışdılar?
XIX əsrə və XX əsrin ilk üçdəbirinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “Qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”.
Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.
Adları:
çar dövründə – Kiçik Məzrə
sovet dövründə – Pokr Mazra, Xırda Mazra
XIX əsrin əvvəllərinə qədərki dövrə aid olan mənbələrdə Məzrə adlı bir kəndin adı çəkilir, daha sonrakı dövrə aid sənədlərdə isə artıq iki ayrı yaşayış məntəqəsinin adı qeyd edilir: Böyük Məzrə (indiki Mets Masrik) və Kiçik Məzrə (indiki Pokr Masrik).
1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində Kiçik Məzrə kəndi Pokr Masrik adlandırılıb.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanmış Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının torpaqları kimi tanınıb.
1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarını göstərən “İrəvan əyalətinin icmal dəftəri”ni tərtib ediblər. Bu sənəddə bir Məzrə kəndinin adı qeyd edilir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Kiçik Məzrə kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 227 nəfər yaşayıb.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Aravsanın silinməyən Azərbaycan izləri | Kəndin türkmənşəli tarixi adı necə dəyişdirildi?
- Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi
- Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV
- 1879-cu ilin mənbəsində Ağkəndlə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Ermənistandakı azərbaycanlı kəndi Ağkəndin gizli qalan tarixi - Baku TV
