Sülhlə bağlı vacib addım | Qətərdən İrana İsrail barədə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev rəhbəri Cozef Baydenin təklifləri əsasında Qətərdə keçirilən İsrail-HƏMAS arasında atəşkəslə bağlı danışıqlar uğurlu olub.
ABŞ Dövlət Departamentindən verilən informasiyaya görə, danışıqlarda irəliləyiş əldə olunub və hazırda formal detallar müzakirə olunur.
“Biz əminliklə deyirik ki, ölkə başçısının qeyd etdiyi məqamlar barəsində artıq razılıq qəbul olunub. İndi məsələnin icra olunmasına nail olmağa çalışırıq. Bu, vacib bir addımdır, ancaq qeyd edim ki, hazırda bir sıra boşluqlar var. Ona görə də biz sazişə aid olan konkret məsələlərə yönəlmişik.
Bilirik ki, qarşıda görməli olduğumuz çox iş var. Bu mürəkkəb bir razılaşmadır. Bu prosesdə HƏMAS-la da vasitəçilik edirik. Onlar birbaşa danışıqlarda iştirak etməsələr də, dolayı yolla bu prosesin bir hissəsi olacaqlar. Hazırda ikitərəfli müzakirələr aparılır və bunun nəticəsinin olacağından qətiyyən şübhəmiz yoxdur”, – deyə ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel deyib.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
