Pleyeri seçin:
Suriyadakı hücumda ABŞ-nin əli var idi? - İran XİN-dən açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ İsrailin konsulluğumuza hücumuna yaşıl işıq yandırdı”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dəməşqdə Suriyanın xarici işlər naziri Feysal Mikdadla birgə mətbuat konfransında deyib.
“Netanyahunun ABŞ-nin yaşıl işığı olmadan belə bir şey edə bilməsi mümkün görünmür. Vaşinqtonun bu hücumu pisləyən bəyanat yaymaması onun İsrailə yaşıl işığının işarəsidir”, – o bildirib.
Həmçinin o, amerikalıların İrana mesaj göndərərək Dəməşqdəki konsulluğa hücumda onlarla İsrail arasında koordinasiyanın olmadığını vurğuladıqlarını deyib.
Qeyd edək ki, ötən gün Hüseyn Əmir Abdullahian suriyalı həmkarının iştirakı ilə Dəməşqdə İranın yeni konsulluğunun açılışında iştirak edib.
Kopyalandı
#Hüseyn Əmir Abdullahiyan teqi istifadə olunub
- İrandan Azərbaycan və Türkiyəyə qarşı bağışlanmaz addım | İkiüzlülüyün pərdəarxası
- Helikopter qəzasında həlak olan XİN rəhbəri Abdullahian torpağa tapşırıldı
- İran XİN rəhbəri Abdullahian bu şəhərdə dəfn edildi
- Helikopter qəzasında həlak olan İran XİN rəhbəri ilə vida mərasimi
- Əli Əsədov və Ceyhun Bayramov Rəisinin anım mərasimində
