Təl-Əvivdə aləm bir-birinə dəydi | Netanyahunu istefaya çağırdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Altı israilli girovun cəsədinin Qəzzada tapılması fonunda İsraildə kütləvi etirazlar keçirilib. Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, bir milyona yaxın insan küçələrə axışıb. Onlar İsrailin Baş naziri Benyamin Netanyahunu Qəzzada atəşkəs elan etməməsi və girovların qaytarılmamasını əsas gətirərək istefaya çağırıblar.
Aksiya iştirakçıları bununla da kifayətlənməyib, yollarda hərəkətə mane olaraq, ictimai asayişi də pozublar. Bütün bunlar polislə qarşıdurmaya səbəb olub. Nəticədə 29 nəfər saxlanılıb.
Ölkədə hökm sürən etirazlar çərçivəsində İsrailin müharibə kabinetinin keçmiş üzvü Benni Qantz da insanlara çağırış edib.
“Mən xalqı Netanyahunun uğursuz hökumətini dəyişmək üçün küçələrə çıxmağa çağırıram. Əsirlər ölür, İsrail isə dağılmaq ərəfəsindədir”, – deyə o vurğulayıb.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
