Trampın təzyiqləri boşa çıxır? - Rusiya və Ukrayna arasında ən gərgin an
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin nüfuzlu “The New York Times” qəzeti Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək axşam danışıqları ilə bağlı pessimist proqnoz verib.
Qəzet yazır ki, tərəflərin bu gün sülh razılığına gəlməsi ehtimalı son dərəcə aşağıdır.
“Analitiklər tərəflərin ümumi razılığa gələcəyini gözləmir. Bunun əvəzində əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi kimi ikincidərəcəli məsələlərdə addımlar atıla bilər ki, bu da qarşılıqlı anlayışın yaranmasına işarədir”, – deyə qəzet qeyd edib.
Məqalədə bildirilir ki, Rusiya indiyədək Ukraynaya 7000-dən çox cəsəd təhvil verdiyini, Ukraynanın isə təxminən 100 cəsəd qaytardığını açıqlayıb.
“The New York Times” hesab edir ki, bu cür mübadilələr Kremlin siyasi baxımdan işinə yaraya bilər, çünki Kiyev bu yolla rəsmi itki sayını artırmaq məcburiyyətində qala bilər.
Nəşrin fikrincə, Rusiya və Ukraynanın danışıqlara getməsinin əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın hər iki tərəfə təzyiq etməsidir. Lakin bəzi analitiklərə görə, tərəflərin öz sülh şərtlərini açıq şəkildə ortaya qoyması artıq diplomatik prosesin başlandığını göstərir.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
