Türkiyə ABŞ-İran danışıqlarına da töhfə verməyə razılıq verib
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ və İran arasında atəşkəsin təmin edilməsinə dair anlaşma memorandumunun imzalanmasından çox məmnunuq. Həmçinin bu atəşkəsin Livanı da əhatə etməsini müsbət bir inkişaf kimi qiymətləndiririk".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı Anita Anandla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazından fasiləsiz və sərbəst keçidin təmin edilməsi vacibdir.
"Türkiyə olaraq, ABŞ və İran arasında davam edən danışıqlar prosesinə töhfə verməyə davam edəcəyik. İsrailin bu danışıqları sabotaj etməsinə icazə verilməməlidir və beynəlxalq ictimaiyyət bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdır", – deyə nazir əlavə edib.
Türkiyə diplomatiyasının rəhbəri həmçinin bildirib ki, ölkəsi Rusiya ilə Ukrayna arasındakı münaqişənin mümkün qədər tez bitməsini istəyir və nümayəndə heyətləri arasında danışıqları yenidən təşkil etməyə hazırdır.
"Biz Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə və beynəlxalq hüquq əsasında mümkün qədər tez bitməsini istəyirik. Hazırda diplomatik prosesdə durğunluğun, münaqişənin şiddətlənməsinin və hər iki tərəfin hərbi uğura nail olmağa diqqət yetirməsinin şahidi oluruq. Diplomatik proses mümkün qədər tez bərpa olunmalıdır. Bu kontekstdə, əvvəllər hər iki tərəfə dediyim kimi, beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirəm ki, biz Rusiya və Ukrayna nümayəndə heyətlərini ölkəmizdə danışıqlar masasında bir araya gətirməyə hazırıq", – deyə Hakan Fidan vurğulayıb.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
