Türkiyədəki dəhşətli yanğınların səbəbi | Dünya təhlükə altındadır
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa ölkələrində və Cənubi Amerikada tüğyan edən istilər, Nepal və Sudanda daşqınlar, ABŞ və Filippin kimi ölkələrdə fırtına səsləri. Dünya qlobal iqlim dəyişikliyi ilə mübarizədə xeyli çətinlik çəkir.
2024-cü ildə qlobal temperatur sənayeləşmə dövründən əvvəlki göstəricidən 1.5 dərəcə yüksək olub. İqlim dəyişikliyi nəticəsində istilər, daşqınlar və fırtınalar tez-tez baş verir.
İqlim dəyişikliyi insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının atmosferə buraxılması və fosil yanacaqların istifadəsi ilə əlaqələndirilir. Sənayeləşmə dövründən əvvəl hər 10 ildə 1 dəfə baş verən istilik dalğası indi 10 ildə orta hesabla 2,8 dəfə baş verir və bu dalğalar 1-2 dərəcə daha isti olur.
Meşə yanğınlarının sayı və şiddəti də artır. 2025-ci ilin yanvarında Los-Ancelesdə baş verən yanğınlarda onlarla insan həyatını itirib. Elə günlərdir Türkiyədə də tüğyan edən meşə yanğınlarının ilkin səbəbi anomal istilərdir.
Avropada baş verən yanğınların 10-dan 9-u insan fəaliyyəti nəticəsində yaranır. Bunlara qəsdən yandırma, elektrik naqilləri və ya atılmış şüşə tullantıları kimi səbəblər daxildir.
Məlumata görə, 2024-cü ildə Filippində 30 gün ərzində tayfun tüğyan edib. ABŞ-də ard-arda qeydə alınan “Helene” və “Milton” qasırğaları da qlobal istiləşmə ilə əlaqələndirilir.
Alimlər bir fikirlə razıdırlar ki, iqlim dəyişikliyinə səbəb olan istixana qazları azaldılmasa, meşə yanğınları, daşqın və quraqlıq probləmləri artacaq.
#İqlim dəyişikliyi teqi istifadə olunub
- Tədqiqatçılar iqlim dəyişikliyinin təbiət üçün kritik həddə çatmaq təhlükəsindən xəbərdarlıq edirlər
- Karbon qazı buğdada zülalı azaldaraq çörəyin keyfiyyətinə və həcminə birbaşa təsir edir
- Alimlər quraq torpaqların sahəsinin əsrin sonuna qədər genişlənəcəyini bildirirlər
- Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV
- İqlim dəyişikliyi kənd təsərrüfatına necə təsir edir? - Baku TV
