Türkiyənin qadağası İsrailə necə təsir edəcək? | İsraildən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İsrailə qarşı tətbiq etdiyi sanksiyalar paketi ağır nəticələr verə bilər.
Bu barədə “Ynet” nəşri yazıb.
Bildirilib ki, İsrailə 54 malın, xüsusən də tikinti materiallarının ixracına qoyulan qadağa ölkədə mənzil qiymətlərinə təsir edəcək və bahalaşma qaçılmaz olacaq.
Bu məhsulların qiymət artımının 5-10 faiz olacağı proqnozlaşdırılır. Qeyd edilib ki, məhdudiyyətlər siyahısına daxil edilən materiallardan biri də sementdir. Bu inşaat materialının 65 faizini İsrail alır.
Məqalədə qeyd olunub ki, ölkənin raket hücumlarına məruz qalan şimal hissəsinin yenidən qurulması üçün bu tikinti materialına xüsusi ehtiyac var.
İsraildəki yerli tikinti şirkətlərindən birinin direktorunun sözlərinə görə, Türkiyədən idxal İsrail üçün vacibdir və tətbiq edilən məhdudiyyətlər idxalçıları daha uzaq və daha bahalı həll yolları axtarmağa məcbur edəcək.
Xatırladaq ki, Türkiyə İsrailə qarşı ticarət embarqosu tətbiq edən ilk ölkədir.
“Bu, beynəlxalq ictimaiyyətin səylərinin Qəzzadakı böhranın həllində səmərəli effekt vermədiyinə görə tətbiq edilən qadağalar paketidir”, – deyə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
#Türkiyə teqi istifadə olunub
- Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?
- Türkiyədə mənzil almazdan əvvəl bunları bilin | Ekspert vacib məqamlardan danışdı - Baku TV
- Türkiyənin hərbi texnologiyasında uğur | Dronlara qarşı tətbiq edilən sistem necə işləyir? - Baku TV
- Ərdoğan və Qətər Əmiri hansı mühüm sazişlərə imza atdılar? - Baku TV
- Türkiyə və Qətər arasında hansı mühüm razılaşma əldə olundu? - Baku TV CANLI
