Pleyeri seçin:

Ukrayna vəd olunan "F-16"ları ala bilmir

02 sentyabr 2023 517 baxış

İlin əvvəlində Ukraynaya “F-16” qırıcılarının göndərilməsi ilə bağlı vəd verilsə də, bu proses hələ də reallaşmayıb.

Əvvəlcə təyyarələrin yaya qədər əldə olunacağı deyilirdi, ancaq sonradan ölkə Prezidenti Volodimir Zelenski Avropa səfərində bunun ilin sonunda baş tutacağını bildirdi. Bu yaxınlarda isə müdafiə naziri Oleksiy Reznikov bunun gələn ilə qalacağını açıqlayıb.

Bu müzakirələrə münasibət bildirən Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuriy İqnat Baku TV-nin Şərqi Avropa bürosuna müsahibəsində təyyarələrin ölkəsinə nə vaxt gəlib çatacağının məlum olmadığını deyib:

“Biz başa düşürük ki, məsələ sadə deyil, həyata keçirmək üçün vaxt lazımdır. Həm ABŞ, həm də Ukraynadan rəsmi açıqlama gəldi ki, pilotlar uçmağa, heyət texnikaya xidmət göstərməyə hazır olan kimi təyyarələr dərhal Ukraynanın hava məkanında peyda olacaq. İndi bizdə hələ hazırlıqlı mütəxəssislər olmadığı halda onları belə şəraitdə hansısa vasitə ilə Ukraynaya köçürmək lazımdırmı? Bununla belə, “F-16” ilə bağlı bütün qərarlar qüvvədədir, ona görə də pilotlarımızın aviasiya koalisiyalarının bir hissəsi olan müxtəlif ölkələrdə müxtəlif obyektlərdə mümkün qədər tez təlim keçmələrini gözləyirik. Ukraynada çoxlu tədbirlər görülməlidir, xüsusən də infrastruktur uyğunlaşdırılmalıdır. Öz mühəndis heyətimizi və digər yerüstü mütəxəssislərimizi hazırlamaq lazımdır ki, biz bu təyyarədən Rusiyaya qarşı müharibədə səmərəli istifadə edə bilək. Bunu istəsələr də, istəməsələr də, biz bu təyyarələri 100 faiz аlacağıq, amma vaxtı, həqiqətən, bilinmir. Hazırda ukraynalıların vaxtı çox sürətlə keçir və biz gündən-günə Rusiyanın hücumları ilə qarşılaşırıq. Bu təyyarələr havada üstünlük əldə etmək, içəridən ölkəni qorumaq, ərazilərimizi azad etmək üçün hər şeyi edəcək. Rusiyanın zəbt etdiyi dənizi də işğaldan azad etməliyik”.

Qeyd edək ki, hazırda Rusiyanın Ukraynada apardığı müharibədə döyüşlər daha qızğın mərhələyə keçir.

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Dünya
20 sentyabr 2026 517 baxış
Vaşinqtondan Ukrayna mesajı

Vaşinqtondan Ukrayna mesajı

Dünya
20 sentyabr 2026 517 baxış
ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

Dünya
20 sentyabr 2026 517 baxış
ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

Dünya
20 sentyabr 2026 517 baxış
Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 517 baxış
Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 517 baxış
Laureatlar oktyabrın 5-dən 12-dək açıqlanacaq

Laureatlar oktyabrın 5-dən 12-dək açıqlanacaq

Dünya
20 sentyabr 2026 517 baxış
Merkuri ilə bağlı araşdırma Ayın keçmişinə işıq sala bilər

Merkuri ilə bağlı araşdırma Ayın keçmişinə işıq sala bilər

Dünya
20 sentyabr 2026 517 baxış
Tramp seçki öncəsi yaranan riskləri daha ciddi qiymətləndirir - Baku TV CANLI

Tramp seçki öncəsi yaranan riskləri daha ciddi qiymətləndirir - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 517 baxış
ABŞ-nin İranla bağlı ssenarisi niyə baş tutmadı? - Baku TV CANLI

ABŞ-nin İranla bağlı ssenarisi niyə baş tutmadı? - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 517 baxış
Seçilmişlər
icon