Ukrayna XİN-dən sülhlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa bildirib ki, Rusiya ilə sülh danışıqları bu il də demək olar ki, nəticəsiz başa çatıb və hazırda dayandırılıb.
O bunu "The Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
"Hazırkı sülh danışıqları cüzi irəliləyişlə başa çatdığı üçün onlar artıq dayandırılıb", – deyə Kislitsa vurğulayıb.
Onun sözlərinə görə, yay aylarından bəri Ukrayna diplomatiyası beynəlxalq tərəfdaşlardan Rusiya Prezidenti Vladimir Putinin Volodimir Zelenski ilə şəxsi görüşə razılıq verməsinə şərait yaradacaq konkret addımların atılmasını təmin etməyə yönəlib. Lakin bu səylər uğurla nəticələnməyib.
Kislitsa sonda diqqətə çatdırıb ki, hazırkı güzəştsiz və sərt mövqe şəraitində Kiyevin Moskva ilə danışıqlar aparması mümkünsüz görünür.
#Ukrayna Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR
- Andrey Sibiqa nələrdən danışdı | Sülh baş tutacaq? - Baku TV CANLI
- Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV
- Ukrayna və İran XİN başçıları regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar
- Əraqçi Sibiqa ilə telefon danışığının təfərrüatlarını açıqlayıb - Baku TV
