Ukraynanın Kurska hücumu davam edir | Rusiya KİV-dən məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Qvardiyasının əsgərləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin bir tankını və iki zirehli texnikasını sıradan çıxarıblar.
Bu barədə yerli mediada xəbərlər yayımlanıb.
Məlumatda bildirilib ki, Rusiya Qvardiyasının Kursk vilayəti üzrə İdarəsinin SOBR “Kmet” əməkdaşları drondan istifadə edərək hava kəşfiyyatı zamanı Sudjanski rayonunda Ukrayna Silahlı Qüvvələrinin texnikası və şəxsi heyətinin sərhədyanı ərazilərə toplandığını müəyyən edərək havadan zərbələr endiriblər.
Rusiya Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində Ukrayna Ordusuna məxsus 1 ədəd T-72 tankı, iki “Kozak” zirehli texnikası və qarşı tərəfin 12 şəxsi heyəti məhv edilib.
Xəbərdə o da bildirilib ki, meşədə Ukrayna Silahlı Qüvvələrinin mövqeləri aşkar edilib, daha 20-yə yaxın hərbçi orada məhv edilib.
#Kursk vilayəti teqi istifadə olunub
- “Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir” | PUA-larla hücumun detalları
- Ukrayna Kurska yenidən zərbələr endirib | Rusiyada dəmir yolu stansiyası vuruldu - Baku TV
- Kim Çen In-Putin görüşündə tarixi an | Bu sözlər Zelenskini özündən çıxaracaq
- Ukrayna Rusiyaya dronlarla hücum etdi | AES-də güclü yanğın baş verdi
- 24 Saat ərzində Kursk Əməliyyatının DETALLARI Açıqlandı
