Yaxın Şərqdə girov mübadiləsi davam edir | Əsirlər doğma yurdlarında
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və HƏMAS arasında girovların mübadiləsi davam edir.
Fevralın 1-də yəhudiəsilli iki nəfər – 35 yaşlı Yarden Bibas və 54 yaşlı Ofer Kalderon Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərinə gətirilib. Onlar təşkil olunan mübadilə zamanı azad edilərək Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib.
Günün ikinci yarısı isə baş tutan növbəti mərhələdə digər girov 65 yaşlı amerikalı, İsrail vətəndaşı olan Kit Siqalın da Qəzzanın şimalında Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib.
Bununla yanaşı, İsrail həbsxanalarında saxlanılan 183 fələstinli də azad edilib. Bu, İsraillə Fələstinin HƏMAS hərəkatı arasındakı razılaşmaya əsasən, sayca dördüncü girov mübadiləsi çərçivəsində baş tutub.
Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minib. Hərəkat fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovları azad etməyi öhdəsinə götürüb.
Növbəti mərhələlərdə həlak olanların cəsədlərinin mübadiləsi həyata keçiriləcək. Atəşkəsin ilk altı həftəsi ərzində 2 000-ə yaxın fələstinli məhbusun əvəzində ümumilikdə 33 israilli girovun azad ediləcəyi gözlənilir.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
