Yəməndə humanitar böhran vəziyyəti çətinləşdirir
BMT-nin 15 əməkdaşı Yəmənin paytaxtı Sənada husi hakimiyyətinin müdaxiləsindən sonra BMT-nin kompleksində saxlanılıb.
Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik brifinq zamanı deyib.
“Hazırda əməkdaşlar kompleksin ətrafında sərbəst hərəkət edə, ailələri ilə əlaqə saxlaya bilirlər. Ümid edirik ki, onlar ən qısa müddətdə binanı tam şəkildə tərk etməklə azad olacaqlar”, – deyə sözçü əlavə edib.
Eyni zamanda şənbə günündən bu yana yerli həbsxanada saxlanılan 5 yəmənli BMT əməkdaşı da azad edilib.
Dujarrik onu da vurğulayıb ki, təşkilatın daha 53 əməkdaşı 2021-ci ildən etibarən husilər tərəfindən özbaşına saxlanılır və bu məsələ ilə bağlı təşkilat ciddi narahatlıq keçirir.
Sözügedən problemlə əlaqədar BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanı, İran və Omanın xarici işlər nazirləri ilə əlaqə saxlayaraq həbslərin təcili araşdırılmasını və əməkdaşların sərbəst buraxılmasını tələb edib.
#Husilər teqi istifadə olunub
- Vaşinqton hərbi güc tətbiqindən imtina edir
- ABŞ rəsmilərinin Omanda husi nümayəndələri ilə görüşdüyü barədə məlumat yayılıb
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
- Türkiyə və Pakistan Ər-Riyadın əsas tərəfdaşına çevrilir? - Baku TV
- ABŞ husilərlə bağlı hadisələrin inkişafını diqqətdə saxlamağa davam edəcəyini açıqlayıb
