Pleyeri seçin:

Zelenski kimlərə arxayın olacaq? - ABŞ və Rusiya hərəkətə keçir

17 fevral 2025 440 baxış

ABŞ və Rusiya Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlara hazırlaşır.

Maraqlı olan məsələ Ukraynanın özünün bu danışıqlarda iştirak edib-etməyəcəyidir.

Prezident Volodimir Zelenski ölkəsinə bununla bağlı dəvətin gəlmədiyini açıqlayıb. Ukraynanın daha bir arqumenti isə Rusiyanın danışıqlara hazır olmamasıdır.

V.Zelenski buna əsas kimi Rusiya Ordusunun Ukraynada son zamanlar artan hücumlarını göstərib. Ancaq maraqlı olan məsələ budur ki, danışıqlar başlamamış Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Ukrayna liderinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə nəzərdə tutulan səfərində əsas müzakirə mövzularının iqtisadi məsələlər olduğu bildirilsə də, şübhəsiz ki, bu, işin rəsmi tərəfidir.

V.Zelenskinin əsl niyyəti Ər-Riyadda danışıqlar öncəsi vəziyyəti öyrənmək və ona müvafiq addım atmaqdır. Məhz buna uyğun olaraq Ukrayna rəhbəri Rusiya-ABŞ danışıqlarına təsir göstərməyə çalışacaq. Bunun üçün ilk növbədə Kiyev öz müttəfiqlərinin sayını genişləndirməlidir.

V.Zelenski Avropa İttifaqı və Çinlə bağlı rahatdır. Almaniya Kansleri Olaf Şolts Avropanın Ukrayna danışıqlarından kənarda qoyulmasının yolverilməz olduğunu bildirib.

V.Zelenski demək olar ki, Avropa İttifaqının böyük dövlətlərindən dəstəyini təmin edib. Eyni zamanda son zamanlar Çin və Ukrayna arasında əlaqələr sürətli şəkildə inkişaf edir. Çin artıq Ukraynada bir çox sahəyə investisiya qoyub. Rəsmi Pekin hər nə qədər Moskva ilə münasibətləri yaxşı olsa belə, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir.

V.Zelenski hazırda ərəb ölkələri və Türkiyəni ziyarət etməklə bu 3 ölkəni də öz müttəfiqinə çevirməyi hədəfləyir. Səudiyyə Ərəbistanı danışıqların ev sahibi ölkəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Onun Ukraynanı müdafiə etməsi Kiyevin işinə yarayacaq məsələdir. BƏƏ güclü maliyyə mənbələrinə malik və eyni zamanda ərəb dünyasının lider ölkələrindən biridir. Türkiyənin isə istər Rusiya, istərsə də ABŞ-yə təsir imkanı genişdir.

Bu baxımdan Volodimir Zelenski danışıqlara güclü müttəfiqləri ilə birlikdə daxil olaraq əlini gücləndirmək istəyir. Ukrayna ən qısa müddətdə bu məsələdə maksimum diplomatik uğurlara nail olmalıdır.

Banner
Rusiyaya qarşı sanksiya ABŞ-nin özünə zərbə vuracaq? - Baku TV CANLI

Rusiyaya qarşı sanksiya ABŞ-nin özünə zərbə vuracaq? - Baku TV CANLI

Dünya
05 noyabr 2026 440 baxış
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 440 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 440 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 440 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 440 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 440 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 440 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 440 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 440 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 440 baxış
Seçilmişlər
icon