Pleyeri seçin:
Ayılar bu kəndlərə girib dəhşət saçdı | Sakinlər qorxu içində qalıb - Baku TV
Quba rayonunun Küpçal və Qələdüz kənd sakinləri son vaxtlar ərazidə tez-tez ayıların müşahidə olunduğunu və yırtıcıların təsərrüfatlara ziyan vurduğunu bildirirlər.
Sakinlərin sözlərinə görə, son 10 gündə ayılar hətta kəndlərin daxilində, evlərin yaxınlığında müşahidə olunub. Yırtıcıların fərdi təsərrüfat sahələrinə və heyvanlara ziyan vurduğu bildirilir.
Vətəndaşlar qeyd ediblər ki, qonşu kəndlərdə ayılar inəklərə hücum edərək xəsarət yetirib, başqa bir kənddə isə atın balasını parçalayıb.
Sakinlər yaranmış vəziyyətdən narahatdır və aidiyyəti qurumlardan kömək istəyirlər.
Kopyalandı
#Quba teqi istifadə olunub
- 6 kəndi birləşdirən alternativ yol sürücülərin işini daha da çətinləşdirdi - Baku TV
- Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı
- Qubalı dörd dost Xəzərdə batmaq təhlükəsi ilə üzləşdi - Baku TV
- Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsinə mediatur təşkil edib - Baku TV
- "Hamınız üstümə niyə cumursunuz?!" | Stadionla bağlı məsələ sakinləri özündən çıxardı - Baku TV
