Pleyeri seçin:
Bakıda restoranda kişiyə hücum edən şəxslə bağlı elə şeylər ortaya çıxdı ki...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda restoranların birində soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Nizami rayonu ərazisində gecə saat 3 radələrində naməlum şəxsin 37 yaşlı bir nəfərə zor tətbiq edərək 150 manatını alması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb. Onun üzərinə baxış zamanı psixotrop maddə sayılan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Nizami rayonu teqi istifadə olunub
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
